Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

Süni intellekt sizin nə vaxt öləcəyinizi hesablaya bilər


İllüstrasiya
İllüstrasiya

Goggle-un yaratmaq istədiyi süni intellekt hər bir insanın nə vaxt öləcəyini öncədən "görə" bilər.

Amma bu proqnozun insanların daha uzun ömür yaşamasına köməyi dəyə bilər.

futurism.com 'Nature' nəşrinə istinadla yazır ki, insanın xəstəlik tarixçəsi əsasında qurulan modellər əsasında bunu etmək mümkündür.

Amerika hospitallarının xəstələr haqda məlumatlarından istifadə etməklə aparılmış sınaqlar bu nəticəyə gəlməyə əsas verir.

Yeni alqoritm konkret bir xəstəlikdən əziyyət çəkən insanın xəstəxanaya neçə dəfə, nə qədər müddətə yerləşdirilməsini və onun sağlamlıq göstəricilərini analiz edə, gələcəkdə həmin xəstəliyə tutulanların nə qədər yaşaya biləcəyini proqnozlaşdıra biləcək.

Buna da bax: Astronavt Chris Hadfield: ‘Bu raketlər insanları Marsa apara bilməyəcək’

Bunun faydası nə ola bilər?

Xəstəxanalar xəstələrə qulluq qaydalarına dəyişiklik edə, onların müalicəsində nələrisə daha artıq fikir verə, hətta hansısa ağırlaşma hallarını qabaqcadan bilib tədbir görə bilər.

İndiyəcən süni intellektdən tibb elmində istifadə yönündə bəzi cəhdlər olub.

Məsələn, bu yaxınlarda yaradılan xüsusi alqoritmlər ağciyər xərçəngi və ürək xəstəliklərini proqnozlaşdıra bilir.

Amma bunlar dar çərçivədə aparılmış işlərdir. Google isə istəyir ki, xəstəxanaların mərkəzləşdirilmiş məlumat bazasından istifadə etsin.

Hazırda mərkəzləşdirilmiş bazada məlumatların heç də hamısı toplanmayıb.

Bir çox məlumatlar müxtəlif dövlət təşkilatlarındadır.

Bu, çox cəlbedici ideya kimi görünə bilər.

Amma milyonlarla insan haqda məlumatların bir özəl şirkətin ixtiyarına keçməsi problemlər də yarada bilər.

Çünki Google onlardan biznes məqsədilə istifadə edə və tibb sahəsində inhisarçı halına gələ bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG