Keçid linkləri

2025, 14 Fevral, Cümə, Bakı vaxtı 09:52

İran neft hasilatının artırılmasına razılıq verə biləcəyini deyir


 Bijan Namadar Zanganeh
Bijan Namadar Zanganeh

İran bildirib ki, OPEC-in neft hasilatını azacıq qaldırması planına qoşulmaq üçün kompomisə açıq ola bilər.

Tehran bundan əvvəl Rusiya və Səudiyyə Ərəbistanının istehlakçıların narahatlığının aradan qaldırılması üçün hasilatı artırmaq barədə qərarına qarşı çıxmışdı.

İranın neft naziri Bijan Zanganeh iyunun 20-də deyib ki, hasilatı tələb ediləndən daha çox azaltmış kartel üzvləri onu razılaşdırılmış daha yüksək kvotalar çərçivəsində artıra bilərlər.

Ekspertlər deyirlər ki, İrandan belə bir güzəşt hasilatı ən çox azaltmış Səudiyyə Ərəbistanının indi hasilatı azacıq qaldırmasına imkan verə bilər.

Bundan bir gün əvvəl Vyanada OPEC-in qərargahına gələn Zanganeh müxbirlərə demişdi ki, o bu görüşdə razılaşmanın əldə olunacağına inanmır.

***

İran neft hasilatının artırılması ilə bağlı Rusiya və Səudiyyə Ərəbistanının təklifini rədd edib.

Bunu iyunun 19-daİranın neft naziri Bijan Zanganeh

OPEC təşkilatının Vena iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Moska ilə Ər-Riyad hasilatın sutka ərzində 1,8 milyon barrel artırılmasını təklif edirlər.

Amma İran, İraq, Əlcəzair,Venesuela buna qarşıdırlar.

Zanganeh həmçinin ABŞ prezidenti Donald Trum-ın İrana qarşı sanksiyaları bərpa etməsini pisləyib.

“Trump, Venesuela və İrana qarşı sanksiyalar qoymaqla neft bazarı üçün çətinliklər yaradıb və bu istehsalın azalmasına səbəb olub. İndi isə gözləyir ki, OPEC daha yaxşı qiymət üçün nəsə dəyişiklik edəcək. Bu ədalətli deyil. OPEC müstəqil təşkilatdır, Trump-dan göstəriş alan qurum deyil”, Zanganaeh vurğulayıb.

OPEC və onun Rusiya, Qazaxıstan və Meksika kimi müttəfiqləri 2016-cı ildə istehsalı azaltmaq razılığına gəldiklərinə görə, neftin qiyməti təxminən 75 faiz bahalaşıb, hazırda bir barel təxminən 80 dollar civarındadır.

Rusiyanın energetika naziri Aleksandr Novak hesab edir ki,qarşıdan yay gəldiyinə, neft və benzinə təlabat start götürdüynə görə hasilatı artırmaq lazımdır.

XS
SM
MD
LG