Misir futbol yığmasının hücumçusu Məhəmməd Salah Rusiya ilə qarşılaşmaya hazır olduğunu bildirib.
O, bunu özünün instaqram səhifəsində yazıb və video da yerləşdirib.
Məhəmməd Salah videoda azarkeşlərin dəstəyinin vacibliyini vurğulayıb.
Bu barədə RİA Novosti və digər Rusiya agentlikləri də məlumat yayıblar.
Rusiya-Misir görüşü iyunun 19-da Sankt-Peterburq stadionunda keçirilir.
Qeyd edək ki, rusiyalılar ilk görüşdə Səudiyyə Ərəbistanını 5:0 hesabı ilə məğlub edib.
Misirsə Uruqvay yığmasına 0:1 hesabı ilə məğlub olub.
Bu gün çempionatın ümumilikdə 3 oyunu keçiriləcək.
19 iyun
2018-ci il dünya çempionatı
H qrupu
16:00. Kolumbiya – Yaponiya
19:00. Polşa - Seneqal
A qrupu
22:00. Rusiya - Misir