Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:24

Avropa Birliyi Krıma qarşı sanksiyaları uzatdı


Foto arxiv
Foto arxiv

Avropa Birliyi Rusiyanın işğal elədiyi Krım yarımadası və Sevastopola qarşı sanksiyaları daha 1 il uzatdı.

Beləliklə sanksiyalar 2019-cu il iyunun 23-dək qüvvədə qalacaq.

Qərar Avropa Birliyi ölkələri kənd təsərrüfatı nazirlərinin iyunun 18-də keçirilən iclasında qəbul edilib.

Sanksiyalar 2014-cü ildə Krımın işğalından sonra tətbiq edilib.

Bu sanksiyalar, Krım və Sevastopoldan ərazaq idxalı, bu ərazilərə sərmayyə qoyulması, Avropa səyahət gəmilərinin Krım limanlarına yan alması, həmçininmüxtəlif texnologiya və malların idxalını qadağan edir.

Avropa Birliyi xarici işlər idarəsinin yaydığı bəyanatda deyilir ki, Avropa Birliyi Krım və Sevestopolun Rusiya tərəfindən iilhaqını qanunsuz sayır və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.

Qeyd edək ki, Avropa Birliyi və ABŞ da daxil olmaqla bir sıra dünya ölkələri Krımın ilhaqı və Ukraynanın şərqindəki hərbi münaqişəyə görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər.

Qərb Rusiyanı Krımın işğalı və Ukraynanın şərqindəki rusiyapərəst seperatçıları dəstəkləməkdə günahlandırır.

Moskva ittihamları rədd edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG