Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Noyabr, bazar, Bakı vaxtı 17:54

Rusiyada xarici internet-mağazalardan alınan mallara 20 faizlik rüsum tətbiq edilə bilər


Foto arxiv

Rusiyanın gömrük xidməti vətəndaşların xarici internet-mağazalardan aldığı mallara rüsum tətbiq etməyə çağırıb.

“Vedomosti”nin idarənin nümayəndələrinə istinadla verdiyi məlumata görə, gömrük xidməti maliyyə nazirliyinə 20 faizlik rüsum tətbiq edilməsini məsləhət görüb.

Hazırda bu rəqəm 30 faizdir, amma bu yalnız min avrodan çox alverə tətbiq edilir.

Federal Gömrük Xidməti hesab edir ki, yeni rüsum büdcəyə illik təxminən 25 milyard rubl gətirə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG