Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:48

Woody Allen özünü #MeToo hərəkatının siması sayır


Woody Allen
Woody Allen

“Mən #MeToo hərəkatının böyük təbliğatçısıyam”, – 82 yaşlı amerikalı kinorejissor Woody Allen Argentinanın "Periodismo Para Todos" (“Hamı üçün jurnalistika”) adlı xəbər proqramına müsahibəsində deyib.

“Mənə elə gəlir ki, günahsız qadınlara və kişilərə təcavüz edənlərin tapılıb ifşa edilməsi yaxşıdır. Ancaq bilirsiniz, mən #MeToo hərəkatının siması olmalıyam, çünki 50 il kinoda çalışmışam. Mən yüzlərlə aktrisa ilə işləmişəm və onların bircəciyi də – istər böyük olsun, istər məşhur, istərsə də yeni başlayan – heç vaxt hər hansı nalayiq hərəkət barədə danışmayıb. Mənim hər zaman onlarla bağlı çox gözəl reputasiyam olub", – deyə o bildirib.

https://pagesix.com/2018/06/04/woody-allen-thinks-hes-a-poster-boy-for-metoo-movement/

Woody Allen Kann festivalında
Woody Allen Kann festivalında

Buna da bax: Milyonlarla insan nəyə "me too" deyir?

DİGƏR QIZLIĞI İLƏ GÖRÜŞDÜYÜNDƏN...

Ancaq Allenin 1979-cu ildə çəkdiyi məşhur "Manhetten" filmində çəkilmiş Mariel Hemingway 2015-ci ildə özünün "Budur, günəş çıxdı" adlı memuarlar kitabında Allen-in onu yoldan çıxarmağa cəhd etdiyini yazıb. O zaman aktrisanın 18, rejissorun 44 yaşı olub.

Allen özünün Harvey Weinstein, James Toback, yaxud Kevin Spacey səviyyəsində hərəkətlərə yol verdiyini düşünməsə də, Greta Gerwig, Mira Sorvino, Jeff Daniels və Michael Caine də daxil olmaqla bir çox ulduzlar ona qarşı cinsi təcavüz ittihamları fonunda onunla işləməkdən imtina ediblər. Söhbət Allenin övladlığa götürdüyü qızı Dylan Farrow-nun ona ittihamlarından gedir.

Allen 1993-cü ildə o vaxtkı sevgilisi Mia Farrow-nun Konnektikutdakı evində o zaman 7 yaşı olan Dylan-ı yoldan çıxarmaqda ittiham olunurdu. O zaman hüquq mühafizə orqanları və cinsi təcavüz mütəxəssisləri bu ittihamları araşdırsa da, prokuror Dylan-ı istintaqın travmasından qorumaq üçün işi yarımçıq qoyub. İşlə məşğul olan hakimsə Allen-in öz qızlığına qarşı hərəkətlərini "iyrənc dərəcədə qeyri-məqbul" adlandırıb.

Allen keçmiş sevgilisi Mia-nın guya Dylan-ı öyrədərək yalan danışmağa vadar etdiyini deyirdi. Guya Mia bununla Allen Mia-nın digər qızlığı, Soon-Yi Previn-lə görüşdüyünə görə ondan qisas almağa çalışırmış.

“DƏHŞƏTLİ İTTİHAMDIR”

Foto arxiv
Foto arxiv

#MeToo və Time's Up kampaniyaları baş qaldırandan bəri hazırda 32 yaşı olan Dylan bu ittihamları dəfələrlə təkrarlayıb.

“Bu, 25 il öncə bütün orqanların və hər kəsin dərindən araşdırdığı və həqiqət olmadığı qənaətinə gəlinmiş məsələdir. Bu iş bitib və mən həyatımı davam etdirmişəm. ... Bu, dəhşətli ittihamdır. Mən ailəsi və öz uşaqları olan bir kişiyəm. ...Əlbəttə, bu üzücüdür", – Allen deyib.

Allen-in digər övladları, o cümlədən Previn-dən olan qızı Bechet və oğlu Moses Farrow da onu müdafiə ediblər. Ancaq onun oğlu Son Ronan Farrow daim Dylan-ı müdafiə edib.

Ronan Farrow
Ronan Farrow

Allen özünü Hollivudun qurbanı kimi hiss etsə də, onun müdafiəçiləri çoxdur. Onların arasında Alec Baldwin və Diane Keaton kimi nüfuzlu simalar var. Bundan başqa, Scarlett Johansson kimi ulduzlar onu sakitcə dəstəkləyirlər.

Woody Allen-in 2008-ci ildə ekranlara çıxmış "Vicky Cristina Barselonada" filmindəki alovlu roluna görə ən yaxşı ikinci dərəcəli aktrisa nominasiyasında Oskar mükafatına layiq görülmüş Penélope Cruz-un da mövqeyi Cate Blanchett-inki kimidir. O, baş verənlərin bütün detallarını bilmədiyini və işin yenidən açılmasını mümkün saydığını deyir. Yeri gəlmişkən, Cate Blanchett də Allen-in "Mavi jasmin" filmindəki roluna görə ən yaxşı aktrisa kateqoriyasında Oskara layiq görülüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG