“Bizim (Vladimir Putinlə) çox yaxşı, birbaşa münasibətlərimiz var və bu münasibətlər elə ilk günlərdən yaranıb”.
AzadlıqRadiosu erməni xidmətinin iyunun 15-də yaydığı məlumata görə,bunu“Russia Today” televiziyasına müsahibəsində Ermənistan prezidenti Nikol Pashinyan deyib.
“Deyə bilərəm ki, münasibətlərimizdə qaranlıq yerlər yoxdur və bu çox vacibdir.Hər şeyi birbaşa müzakirə edir, bütün məsələləri birbaşa qoyuruq.Və onlara da birbaşa cavab veririk. Vladimir Vladimiroviç belə adamdır.Başa düşdüyüm qədər bu cür stil onun üçün rahatdır və düzünü desək belə stil bu mənim üçün də rahatdır. Dəqiq deyə bilərəm ki, münasibətlərimiz çox tez və əməli şəkildə inkişaf edir” Pashinyan deyib.
Pashinyan qeyd edib ki, hazırda Ermənistanla Rusiya arasında heç bir problem yoxdur.
“Rusiya və Ermənistan suveren dövlətlərdir. Hesab edirəm ki, ölkələrimizin çox maraqları bir-birinə uyğundur. Amma uyğunsuzluqlar yarada biləcək bəzi nüanslar ola bilər. Əsas odur ki, bütün bu məsələləri müzakirə edəcəyik. Hesab edirəm ki, razılığa gələ biləcəyik",- Pashinyan vurğulayıb.
Pashinyan sonda qeyd edib ki, onun fikrincə keçmiş hakim “Respublika” partiyası bir daha hakimiyyəti ələ ala bilməyəcək.
Nikol Pashinyan bu günlərdə Rusiyada ikigünlük işçi səfərdə olub.
Qeyd edək ki, Nikol Pashinian, uzun etiraz aksiyalarından sonra mayın 8-də Ermənistanın yeni baş naziri seçilib.
Bundan əvvəl iki müddət prezident olan Serzh Sarkisian həmin vaxt yeni konstitusiya dəyişikliyi ilə 3-cü dəfə baş nazir kimi hakimiyyətə gəlməyə cəhd eləsə də bu baş tutmadı.
Pashinian, seçki qanunvericiliyi də daxil olmaqla ölkədə ciddi islahatlar aparılacağını vəd edib.