Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:13

İlqar Məmmədovun ad günü həbsxana önündə qeyd edilib


İ.Məmmədov

İyunun 14-də bir qrup REAL Partiyası təəssübkeşi 2 Saylı Cəzaçəkmə Müəssisəsinin qarşısına toplaşaraq tədbir keçiriblər. Onlar REAL Partiyasının həbsdəki lideri İlqar Məmmədovun doğum gününü qeyd ediblər.

2 Saylı Cəzaçəkmə Müəssisəsinin qarşısına toplaşan REAL təəssübkeşləri liderlərinin ad günü münasibətilə həbsxana üzərindən şar çələngi uçurub, «İlqar Məmmədova azadlıq» şüarları səsləndiriblər.

Onların bu aksiyasına maneçilik yaradılmayıb.

Bir neçə partiya fəalı cəzaçəkmə müəssisəsinə müraciət edib, İ.Məmmədovla görüşmələrinə şərait yaradılmasını xahiş ediblər. REAL Partiyasından bildirildiyinə görə, cəzaçəkmə müəssisəsi görüşə icazə verməyib.

Ancaq baş verənlərə Penitensiar Xidmətin rəsmilərindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə bağlı kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Ancaq o, hələ də azadlığa buraxılmayıb.

2017-ci il dekabrın 5-də Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) AİHM-nin İ.Məmmədovla bağlı qərarının nəzərə alınmamasına görə Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG