Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 12:46

Evindən 1 milyonun oğurlandığını deyən alim məhkəməyə məcburi gətiriləcək


Pul

Evindən 538 min dollar və 143 min manatlıq qızıl-brilyantının oğurlandığını iddia edən Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Aybəniz Əliyeva məhkəməyə məcburi gətiriləcək. Onun evindən təxminən 1 milyon manatlıq oğurluqla bağlı iş xeyli vaxtdır Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılsa da, A.Əliyeva məhkəməyə gəlmir. Hərçənd, o, zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən şəxs qismində hakim qarşısına çıxarılan isə evin keçmiş xidmətçisi Xanım Zeynalova və onun tanışı Aqşin Qəhrəmanovdur. Onlar CM-nin 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsiylə ittiham olunurlar.

X.Zeynalova özünün də, Aqşinin də təqsirsiz olduğunu deyir. Onun sözlərinə görə, A.Qəhrəmanovun ümumiyyətlə, bu işə heç bir aidiyyəti yoxdur. Məhkəmənin hazırlıq iclasında X.Zeynalova zərərçəkmiş tərəfin ünvanına bir sıra ittihamlar səsləndirib. Bildirib ki, A.Əliyevanın evində adına maaş yazılan xeyli işçinin maaş kartları vardı. Hər ayın əvvəlində ev sahibi ona həmin kartlardan pulu çıxartdırıb mənimsəyirdi. Ev sahibinin qızı, Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Gülşən Əliyevanın da ona cinayət xarakterli işlər gördürməyə çalışdığını, həmin evdə şahidi olduqlarını kimsəyə danışmamasından ötrü pul, qızıl verdiyini deyən X.Zeynalova indi isə danışmır.

Məhkəmənin ikinci hazırlıq iclasında tərəflər arasında barışıq sazişi (X.Zeynalova iki evini verir, qarşı tərəf də şikayətini geri götürür) imzalanandan sonra təqsirləndirilən şəxslər məhkəmədə ifadə verməkdən imtina ediblər.

İyunun 14-də keçirilən məhkəmədə məlum olub ki, yenə də nə şahidlər məhkəməyə gəlib, nə də zərərçəkmiş. Hakim Əfqan Hacıyev şahidlərin məcburi gətirilməsi barədə qərar qəbul edib. Bu zaman təqsirləndirilən şəxslərin müdafiəçisi zərərçəkmiş tərəfin də məcburi gətirilməsini istəyib. Hakim razılaşıb və qərar qəbul olunub ki, Əlyazmalar İnstitutunun direktor müavini məcburi gətirilsin.

Məhkəmə iyunun 27-də davam edəcək.

Multimedia

XS
SM
MD
LG