Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 14:56

E.Rüstəmov: 'Azərbaycanda devalvasiyaya səbəb yoxdur'


E.Rüstəmov

«Azərbaycanda devalvasiya üçün heç bir fundamental səbəb yoxdur».

APA-nın xəbərinə görə, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov iyunun 14-də keçirilən mətbuat konfransında manatın taleyindən danışarkən belə deyib.

Bu il neftin orta qiymətinin 70 dollar təşkil etdiyini deyən E.Rüstəmov vurğulayıb ki, bu, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 30 faiz yüksəkdir:

«Neftin qiymətinin yüksək olması ölkənin strateji valyuta ehtiyatlarının artmasına səbəb oldu. Nəticədə strateji valyuta ehtiyatları 2.1 milyard dollar artdı. Daxili bazarda valyuta ehtiyatları artırsa, deməli, valyuta təklifi tələbdən yüksəkdir. Həmişə bu balansa diqqət yetirmək lazımdır. Milli valyutanın məzənnəsi heç də həmişə Azərbaycan Mərkəzi Bankının hədəfi olmur. Bizim əsas hədəfimiz inflyasiyadır. Düzdür, məzənnə də hədəflərdəndir. Amma məzənnənin inflyasiyaya təsiri əsas hədəflərdəndir».

E.Rüstəmov devalvasiyanı şərtləndirən səbəblər barədə ictimaiyyətin məlumatlığının qənaətbəxş səviyyədə olmadığını bəyan edib.

«Cəmiyyət qonşu ölkələrdə 5-6 faiz kurs üzməsi baş verəndə bunu «devalvasiya» adlandırır. Bu, devalvasiya deyil. Xarici şəraitin kəskin dəyişməsi, yeni makroiqtisadi şəraitin formalaşması, valyuta ehtiyatlarının tam itirilməsi bu proseslərə gətirib çıxara bilər. Açıq etiraf etmək lazımdır ki, 2015-ci ildə ölkədə devalvasiya baş verdi. Amma sonradan manatın üzməsi devalvasiya demək deyil. Bu, valyuta volatilliyidir. Mən mətbuat nümayəndələrinə şəxsən seminar keçirməyə hazıram. Sizin həyəcanınız, düzgün praktik nəticə verməməyiniz proseslərə neqativ təsir edir. Bizimlə yanaşı, mətbuat nümayəndələri də çox məsuliyyətli işlə məşğul olur».

Bu ilin aprelin 1-nə olan məlumata görə, Neft Fondu ilə Mərkəzi Bankın valyuta ehtiyatı birlikdə 42 milyard dollara bərabərdir.

Multimedia

XS
SM
MD
LG