Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 22:53

Mərkəzi Bank faiz qərarını açıqladı


Mərkəzi Bank

Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsini 11-dən 10 faizə endirib. Bundan başqa, faiz dəhlizinin aşağı-yuxarı həddinin ±2 faiz səviyyəsində olması barədə qərar qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, bunu bu gün, iyunun 14-də keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib. O vurğulayıb ki, faiz dəhlizinin parametrləri haqda qərar qəbul edilərkən ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin iqtisadi sabitliyə müsbət təsiri nəzər alınıb.

Xatırlatma

Bu il bundan əvvəl, aprelin 9-da Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 13-dən 11 faizə endirilməsi haqda qərar vermişdi. Habelə, faiz dəhlizinin yuxarı və aşağı hədləri isə uçot dərəcəsinə simmetrik diapazonda ±3 faiz müəyyənləşdirilmişdi.

E.Rüstəmov: FED-in qərarı manata təsir etməyəcək

«ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini artırması Azərbaycan manatına təsir etməyəcək».

Bunu da Mərkəzi Bankın sədri E.Rüstəmov iyunun 14-də keçirdiyi mətbuat konfransında deyib.

Dünən, iyunun 13-də ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb.

FED uçot dərəcəsini 1.75- 2.0 faizə kimi artırıb.

Bundan əvvəl FED martın 21-də uçot dərəcəsini artırmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG