Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 06:20

Sərhəd rayonlarında xeyli silah-sursat aşkarlanıb


Rusiya daxili qoşunları

Rusiya-Azərbaycan sərhədindəki rayonlarda aparılmış əməliyyat zamanı çoxsaylı silah-sursatın aşkar edildiyi, axtarışda olan onlarla şəxsin saxlandığı bildirilir.

Bu haqda Daxili İşlər Nazirliyinin məlumatında yazılıb.

Məlumata görə, iyunun 4-dən 10-dək iki ölkənin sərhədyanı rayonlarının ərazisində «Sərhəd» şərti adı altında birgə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib. İki ölkənin daxili işlər nazirləri arasında əldə olunmuş razılaşmaya əsasən keçirildiyi bildirilən tədbirlər Dağıstanın sərhədyanı bölgələrini, Azərbaycanın Qusar, Quba, Xaçmaz, Zaqatala, Şəki, Balakən, Qəbələ, Qax və Oğuz rayonlarını əhatə edib.

Tədbirlər nəticəsində müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 42 şəxsin tutulduğu, itkin düşmüş hesab olunan 4 nəfərin tapıldığı, dövlətə borclu qismində axtarılan 54 nəfərin isə saxlandığı bildirilir.

Bundan başqa, 9 avtomat silahı, 1 pulemyot, 6 tapança, 69 tüfəng, 36 qumbara, 29 silah sandıqçası, 18 müxtəlif hərbi ləvazimat və 5 min 700 ədəd müxtəlif çaplı patronun götürüldüyü açıqlanıb.

Tədbirlər nəticəsində həmçinin, narkotiklərlə əlaqədar 19 faktın aşkarlandığı, ümumi çəkisi 3 tondan çox 13 min 600 ədəd çətənə kolunun məhv edildiyi vurğulanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG