Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 05:39

Büdcə xərcləri 2 milyard artırılır


Büdcə. Karikatura

2018-ci ilin dövlət büdcəsinin gəlirlərinin 1.983 milyard manat artırılacağı gözlənir. Büdcəyə dəyişiklikdən sonra gəlirlərin 22 milyard 110 milyon manat təşkil edəcəyi bildirilir.

«Turan» agentliyinin məlumatına görə, hökumət Milli Məclisə belə təklif verib.

Büdcənin xərclərinin də artırılması təklif olunur. Xərclərin 2.014 milyard manat artırılaraq 23.061 milyard manata çatdırılması istənir.

Xəbərə görə, hökumət həmçinin, dövlət büdcəsində neftin baza qiymətinin artırılmasını təklif edib. Büdcədə neftin qiymətinin 45 dollardan 55 dollara qaldırılmasının istəndiyi vurğulanır.

««Azərbaycanın 2018-ci il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» qanun layihəsi parlamentin gündəmindədir.

Sənədi Maliyyə Nazirliyi hazırlayıb. Daha sonra Nazirlər Kabinetinə, oradan prezidentə təqdim edilib.

Prezidentin bəyənildiyi bildirilən təkliflər uyğun sənədlərlə birlikdə Milli Məclisə təqdim olunub.

Ötən il dekabrın 1-də ölkə parlamenti 2018-ci ilin dövlət büdcəsinin gəlirlərini 20 mlrd. 127 mln. manat, xərclərini isə 21 mlrd. 47 mln. manat səviyyəsində təsdiqləyib. Dövlət büdcəsində neftin bir barreli 45 dollar götürülüb. Son aylar neftin qiyməti 75-80 dollar arasında dəyişir.

Günün bütün mövzuları

XS
SM
MD
LG