Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Noyabr, bazar, Bakı vaxtı 17:55

'Toloşon sado' qəzetinin redaktoru saxlanıb


Polis

Rafiq Cəlilov sərbəst buraxılıb

Bu gün, iyunun 12-də Lənkəran Rayon Polis Şöbəsində saxlanan «Toloşon Sado» qəzetinin redaktoru Rafiq Cəlilov sərbəst buraxılıb.

Onun özünün deməsinə görə, polis şöbəsindən saat 17 radələrində çıxıb:

«Məni Yol polisi saxlamışdı. Dərhal post patrul gəldi. Mənimlə yanaşı, maşında olan 4 nəfər yaxınlarımı və idarə etdiyim nəqliyyat vasitəsini polisə gətirdilər. Maşında «Toloşon Sado» qəzeti var idi. Araşdırdılar və buraxdılar. Maşında 200 nüsxə qəzet var idi, onu saxladılar. Polisə gətirilməyimin səbəbini izah etmədilər».

Baş verənlərə Lənkəran Rayon Polis Şöbəsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

«Toloşon Sado» qəzetinin rəsmi olaraq qeydə alındığı bildirilir. Qəzet 2011-ci ildən 1000 tirajla çıxır. Əsasən cənub rayonlarında yayılır. R.Cəlilov eyni zamanda Azərbaycan Talış Mədəniyyət Mərkəzinin rəhbəridir. İkinci qrup əlildir.

+++

Bu gün, iyunun 12-də «Toloşon sado» (Talışların səsi) qəzetinin redaktoru Rafiq Cəlilovun saxlandığı bildirilir.

Yaxınlarının AzadlıqRadiosuna deməsinə görə, onun maşını saxlanıb.

«Maşından çoxlu sayda onun rəhbərlik etdiyi qəzetin nüsxələri çıxıb. Bundan sonra onu Lənkəran Rayon Polis Şöbəsinə aparıblar», - deyə yaxınları vurğulayıb.

Polisdə saxlanmasını R.Cəlilov da təsdiq edib. Ancaq geniş danışa bilməyib: «Hazırda polis şöbəsindəyəm. Satış üçün Lənkərana gətirdiyim «Toloşon sado» qəzetini əlimdən alıblar. Bilinmir müsadirə edəcəklər, ya yox? Hələ mənə bir söz deməyiblər».

Məsələyə Lənkəran Rayon Polis Şöbəsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG