Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 06:03

TANAP-ın açılışı gözlənir


TANAP-TAP

İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Trans-Anadolu Qaz Kəmərinin (TANAP) açılış mərasimi olacaq.

Bu barədə Türkiyə prezidentinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, TANAP-ın açılış mərasimində layihənin iştirakçı dövlətləri ilə yanaşı, Türkiyəyə dost ölkələrdən dövlət və hökumət başçıları, energetika nazirləri, enerji şirkətlərinin rəhbərləri qatılacaq.

Açıqlamada vurğulanır ki, Cənub Qaz Dəhlizi Türkiyənin və Avropanın enerji təhlükəsizliyi baxımından böyük önəm daşıyır.

Azərbaycan prezidenti İlham Əliyevin də açılış mərasiminə qatılacağı gözlənir.

Ümumi dəyəri 40 mlrd. avro qiymətləndirilən Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP layihəsi Azərbaycanda hasil olunan təbii qazın Gürcüstandan keçərək Türkiyə ərazisi ilə Avropaya nəql edilməsini nəzərdə tutur. TANAP layihəsi «Şahdəniz» yatağının işlənilməsinin 2-ci mərhələsinin əsas elementlərindən biridir.

TANAP layihəsinin Türkiyə-Yunanıstan sərhədində başa çatması və sonra təbii qazın Avropaya çatdırılmasından ötrü TAP-a (Trans-Adriatik Qaz Kəməri) birləşməsi planlaşdırılır.

Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz boru vasitəsilə Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya çatdırılacaq. Kəmərin uzunluğu 3 min 500 kilometrdir.

Layihə 2020-ci ildə tam işə düşməlidir. Bu il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinə ilk qazın vurulması mərasimi keçirilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG