Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 20:45

Putin Poroshenko ilə məhbus mübadiləsinin müzakirəsini təsdiqləyib


Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin deyib ki, Rusiya ilə Ukrayna arasında məhbus mübadiləsindən danışmaq hələlik tezdir.

Amma Rusiya prezidenti, şənbə günü ukraynalı həmkarı Petro Poroshenko ilə telefon söhbəti zamanı bu məsələnin müzakirə edildiyini təsdiqləyib.

Putin bunu Çində jurnalistlərə açıqlamasında deyib və təşəbbüsün Poroshenkodan gəldiyini bildirib.

Qeyd edək ki, Ukraynanın prezident administrasiyası bundan bir gün əvvəl belə bir söhbət olması barədə məlumat yaymışdı.

Məlumatda bildirilirdi ki, tərəflər arasında belə bir telefon söhbəti olub və Petro Poroshenko hazırda Rusiyada həbsdə olan ukraynalı kinorejissor Oleg Sentsov da daxil olmaqla bütün ukraynalı məhbusların azad edilməsini istəyib.

Putinin sözlərinə görə, oda öz növbəsində Ukraynada dövlətə xəyanət ittihamı ilə saxlanan journalist Kirill Vishinski-nin taleyi barədə məsələ qaldırıb.

Ukraynalı rejissor Oleg Sentsov mayın 14-dən Rusiya həbsxanasında aclıq edir.

O, Rusiyada həbsdə olan bütün ukraynalı siyasi məhbusların azadlığa buraxılmasını tələb edir.

Oleg Sentsov 2014-cü ildə Krımda həbs edilib.

Rusiya məhkəməsi 2015-ci ildə onu Krımda terrora hazırlaşmaqda təqsirli bilərək 20 il həbs cəzasına məhkum edib.

Rejissor ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG