Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:42

Poroshenko ilə Putin məhbus mübadiləsini müzakirə ediblər


Petro Poroshenko və Vladimir Putin
Petro Poroshenko və Vladimir Putin

Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Petro Poroşenko telefonla məhbus mübadiləsinin mümkünlüyünü müzakirə ediblər.

Kremlin iyunun 9-da yaydığı məlumatda deyilir ki, əsas diqqət hümanitar məsələlərə, o cümlədən insanların dəyişdirilməsinə yönəlib.

Ukrayna prezidentinin mətbuat xidməti də bildirib ki, tərəflər arasında telefon söhbəti olub və Petro Poroshenko hazırda Rusiyada həbsdə olan ukraynalı kinorejissor Oleg Sentsov da daxil olmaqla bütün ukraynalı məhbusların azad edilməsini istəyib.

Buna da bax:"Putin Rusiya üzərindəki sanksiyaların qaldırılmasına çağırır"

Sentsov mayın 14-dən həbsxanada aclıq edir.

O, Rusiyada həbsdə olan bütün ukraynalı siyasi məhbusların azadlığa buraxılmasını tələb edir.

Oleh Sentsov
Oleh Sentsov

Oleg Sentsov 2014-cü ildə Krımda həbs edilib.

Rusiya məhkəməsi 2015-ci ildə onu Krımda terrora hazırlaşmaqda təqsirli bilərək 20 il həbs cəzasına məhkum edib.

Rejissor ittihamı rədd edir.

Bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatları da onun həbsinin siyasi motivli olduğunu deyirlər.

Qazeta.ru portalının Ukrayna prezidentinin mətbuat xidmətinə istinadla verdiyi məlumata görə isə, söhbət zamanı hər iki tərəfin insan haqları üzrə səlahiyyətli nümayəndələrinin yaxın vaxtlarda həbsxanalara baş çəkmələri barədə razılıq əldə olunub.

Poroshenko ilə Putin arasında son telefon söhbəti 2018-ci ilin fevralında olumuşdu.

Onda əsir mübadiləsi və “Normand dördlüyü” ölkələri xarici işlər nazirlərinin görüşü müzakirə olunmuşdu.

Buna da bax:"Putinlə Poroshenko Ukraynanın şərqində sülhdən danışıblar"

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG