Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 19:28

Mən gəncəm bilirəm istiqbalım var,

Hələ bədr olmamış bir hilalım var.

Yelkənim açılır, qara yel əsmə,

Mənim bu dəryada bir sandalım var!

Bugün Azərbaycan poeziyasının nəğməkar şairi Mikayıl Müşfiqin 110 yaşı tamam olur.

Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakıda ziyalı ailəsində doğulub.

Rus-tatar məktəbində, Bakı Darülmüəllimində, 12 saylı məktəbdə, 1927-31-ci illərdə isə Bakı Universitetinin Dil-ədəbiyyat fakültəsində oxuyub.

7 il Bakı məktəblərində müəllimlik edib. İndi onun adını daşıyan 18 saylı məktəb onun son iş yeri olub.

Gənc yaşlarından dövrün tanınmış şairi olmağı bacarıb.

1937-ci ilin amansız repressiyaları ondan da yan ötməyib.

Həmin il iyunun 3-dən 4-ə keçən gecə həbs olunub.

Onu Hüseyn Cavidlə, Əhməd Cavadla eyni gecədə aparıblar.

Bu gediş üç böyük şairin son gedişi olub.

Müşfiqin güllələnmə tarixinin 1938-ci il yanvarın 6-sı olduğu deyilir.

Ancaq onun nə ölüsünü, nə dirisini görən olub.

Ən təsirlisi—onun məzarı yoxdur...

Günün bütün mövzuları

XS
SM
MD
LG