Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:51

Statistika Komitəsi illik inflyasiyanı açıqlayıb


Dövlət Statistika Komitəsi

Bu ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri bahalaşıb.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ötən ilin müvafiq dövrünə nisbətən 5 ayda ərzaq məhsulları 3.2, qeyri-ərzaq malları 3.9, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2.6 faiz yüksəlib.

May ayında aprel ayına nisbətən ərzaq məhsullarının qiymətlərinin 1.3 faiz ucuzlaşdığı, ödənişli xidmətlərin qiymətlərinin 1.6 faiz bahalaşdığı, qeyri-ərzaq mallarının qiymətlərinin isə sabit qaldığı açıqlanıb.

DSK-nın məlumatına görə, ötən ay un, makaron məmulatları, mal, qoyun əti, yumurta, marqarin, qarğıdalı yağı, banan, çiyələk ucuzlaşıb.

Toyuq ətinin, zeytunun, kərə yağlarının, almanın, yerkökünün, göyərtinin, qəhvə və çayın qiymətlərində isə bahalaşma müşahidə olunduğu bildirilir.

Müstəqil iqtisadçılar bahalaşmanın reallıqda bundan yüksək olduğunu düşünürlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG