Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 04:34

Göyçayda dağılan körpünün yerinə alternativ körpü...


Foto arxiv

Fövqəladə Hallar Nazirliyi (FHN) və "Azəravtoyol" açıq səhimdar cəmiyyəti (ASC) mütəxəssisləri Göyçay çayında dünən, iyunun 2-də sel nəticəsində qəzalı vəziyyətə düşən körpüyə baxış keçiriblər.

Bu barədə iyulun 3-də FHN məlumat yayıb.

Məlumatda bildirilir ki, yağan yağışlar nəticəsində dağ çaylarında suyun səviyyəsi artıb.

“ Nəticədə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 217-ci kilometrliyində ümumi uzunluğu 76,2 m olan metal körpünün Bakı istiqamətində olan yolla birləşən hissəsi - sol kənar konusu (təqribən 6 m uzunluqda) və piyada körpüsü dağılıb”, məlumatda yazılır.

FHN-nin bildirməsinə görə, ilkin baxış zamanı müəyyən olunub ki, körpü yanında çay yamaclarının və körpünün kənar dayaqlarının yuyulmasının qarşısını almaqdan ötrü tikilən su tənzimləyici qurğu yuyularaq dağılıb.

“Sel sularının sürətini azaltmaq üçün tikilən barraj divarının da bir hissəsi yuyulub. Bu isə yolun qəza vəziyyətinə düşməsinə və müvəqqəti bağlanmasına səbəb olub.

Mütəxəssislərin fikrinə görə, körpünün əsas yükdaşıyan konstruksiyaları ciddi deformasiyaya məruz qalmayıb. Körpünün dayaqları dərinliyi 14 m olan svay özüllər üzərində inşa edilib. Sel suları zəiflədikdən sonra körpüyə yenidən texniki baxış keçirilərək, onun dayanıqlığı barədə tam qərar veriləcək”, məlumatda vurğulanır

Hazırda Fövqəladə Hallar Nazirliyinin, "Azəravtoyol" ASC-nin və Göyçay Rayon İcra Hakimiyyətinin mütəxəssislərinin çay üzərindən alternativ körpünün salınmasından ötrü təkliflər hazırladıqları bildirilir.

“Hələlik, Göyçay rayon mərkəzinə getmək üçün alternativ yol olaraq Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə Dövlət sərhədi yolundan keçməklə Göyçay-Ucar və Göyçay-Bərgüşad yollarından istifadə etmək tövsiyə olunur”, məlumatda yazılır.

Xatırlatma

Dünən, iyunun 2-də axşam saatlarında Göyçay çayına gələn sel avtomobil körpüsünü dağıdıb.

Nəticədə Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti dayandırılıb. Sürücülər alternativ olaraq Göyçay-Ucar-Kürdəmir-Bakı yolundan istifadə edirlər.

Sel üstəlik, çay üzərindəki piyada körpüsünü də aparmışdı.

Bununla da şəhərin bir hissəsinin, həmçinin 30-dan çox kəndin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG