Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 09:12

Dag uçqunu olub, Lahicla əlaqə kəsilib


Foto arxiv

İsmayıllı rayonunda iyunun 1-dən axşamüstü başlayan leysan yağışlar bir sıra fəsadlar törədib.

Rayon fövqəladə hallar komissiyasından verilən məlumata görə, ərazidə elektrik, yol və kənd təsərrüfatına, habelə fərdi təsərrüfatlara ciddi ziyan dəyib.

AZƏRTAC-ın xəbərinə görə, güclü külək və leysan yağışları 6 fərdi yaşayış evində, 5 yardımçı tikilidə və 2 sahibkarlıq obyektində dağıntılar törədib. Habelə 1 ədəd “VAZ 21099” markalı avtomobilin üzərinə ağac aşıb.

İki vətəndaşa məxsus daş hasarın uçduğu, Diyallı kənd mədəniyyət evinin 600 kvadratmetrlik dam örtüyünün tamamilə dağıldığı bildirilir.

Lahıca gedən yolda isə dağ uçqunu baş verib. Nəticədə qəsəbə ilə avtomobil əlaqəsinin kəsildiyi bildirilir.

İsmayıllı şəhərinin bəzi məhəllələrində və 19 kənddə isə elektrik verilişində problemlər yarandığı açıqlanıb.
Yayılan məlumata görə, Sulut və Kəlbənd kəndlərinə gediş-gəlişdə məhdudiyyət yaranıb. Talıstan və Mücü kəndlərinin su təsərrüfatına ziyan dəyib. Sel-suları nəticəsində kənddaxili yollarda da dağıntılar olub.

Rayon fövqəladə hallar komissiyasından iyunun 2-də günorta saatlarınadək əksər ərazilərdə elektrik enerjisinin verilişinin bərpa edildiyini bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG