Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 03:34

Hüquqşünasın həbsini tələb edənin özüylə bağlı sorğu göndəriləcək


A.İsmayılov

Hüquqşünas Aslan İsmayılovun həbsini tələb edən «Xəmsə» şadlıq evinin sahibi Mürvət Həsənovun iddiası əsasında məhkəmə çəkişməsi mayın 31-də davam etdirilib.

M.Həsənov iddia edir ki, A.İsmayılov Facebook sosial şəbəkəsindəki səhifəsində onu «dələduz» adlandırmaqla ağır cinayətdə ittiham edib, böhtan atıb, buna görə də cinayət məsuliyyətinə cəlb olunmalıdır. İddiaya Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyev baxır.

A.İsmayılovun müdafiə etdiyi türkiyəli iş adamı Ömür Oralla M.Həsənov arasında 1 milyon 300 min manatlıq borc qalmaqalı var.

Hüquqşünas deyir ki, M.Həsənov bu qalmaqala görə prokurorluqda və DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində bir neçə gün dindirilib, borcunu etiraf edib, ödəyəcəyinə söz verib, amma əməl etməyib.

M.Həsənov isə deyir ki, yalandır, o, nə saxlanılıb, nə də kiməsə borcu var.

Mayın 31-də məhkəmədə A.İsmayılov iddiaçının bu məsələyə görə saxlanılıb-saxlanılmaması ilə əlaqədar prokurorluğa və BMCMİ-yə sorğu göndərilməsi barədə vəsatət qaldırıb. M.Həsənovun etirazına baxmayaraq, hakim vəsatəti təmin edib. Məhkəmə hər iki orqana müraciət edərək, M.Həsənovla bağlı materialları tələb edəcək.

Məhkəmə iyunun 14-də davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG