Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 15:47

Prezident ABŞ-dan gələn elçini qəbul edib


B.Brink və İ.Əliyev

Azərbaycan prezidenti İlham Əliyev bu gün, mayın 31-də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinki qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi qeyd olunub.

Söhbət zamanı Cənub Qaz Dəhlizinin rəsmi açılışının əhəmiyyəti vurğulanaraq, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında getdikcə artan rolu xüsusi dəyərləndirilib.

Prezident İ.Əliyev ABŞ prezidenti Donald Trampın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Cənub Qaz Dəhlizinin rəsmi açılışı münasibətilə göndərdiyi məktublarda ikitərəfli münasibətlərlə bağlı ifadə etdiyi fikirlərə görə minnətdarlığını bildirib.

Xəbərə görə, söhbət zamanı həmçinin, Azərbaycanın beynəlxalq terrorizmlə mübarizəyə töhfəsi, Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakı yüksək qiymətləndirilib. Habelə, energetika sahəsində əlaqələr, regional əməkdaşlıq və demokratiyanın inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini B.Brink sonuncu dəfə Azərbaycanda bu ilin fevralında olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG