Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:03

Ermənistanda iri şirkətlərə xəbərdarlıq olundu


"Ermənistan elektrik şəbəkələri" QSC
"Ermənistan elektrik şəbəkələri" QSC

Ermənistan “Yüksəkgərginlikli elektrik şəbəkələri” QSC-nin idarəçiliyi üzrə “Tashir Kapital”la müqaviləni dayandırıb.

Öncəki hökumət “Tashir”lə kontraktı 2017-ci il sentyabrın 1-də 25 illiyə bağlamışdı. Müqavilə bu ildən qüvvəyə minməliydi, ancaq baş nazir Nikol Pashinian onu ləğv etməyə qərar verib. Beləliklə də elektrik şəbəkəsi dövlət müəssisəsi olaraq qalır.

Ermənistanın energetika naziri Artur Grigorian-ın deməsinə görə, müqavilədə hökumətə sərf etməyən maddələr olub.

Artur Grigorian
Artur Grigorian

Ötən noyabrda Ermənistanın enerji sektoruna 1 milyard dollar yaxın sərmayə qoyulacağı açıqlandı. Bunu rusiyalı milyarder Karen Karapetian-ın sahibi olduğu Tashir şirkətlər qrupu, Ermənistanlı İnvestorlar Klubu və beynəlxalq maliyyə qurumları elan etmişdi.

***Buna da bax: Ermənistana 1 milyard dollar sərmayə qoyulur

İRİ ŞİRKƏTLRƏ XƏBƏRDARLIQ

Bu arada Milli Təhlükəsizlik Xidməti “Yerevan City” supermarketlər şəbəkəsində yoxlamalar aparır. Bu şəbəkə respublikaçı deputat Samvel Aleksanian-ın ailəsinə məxsusdur.

Dövlət Gəlirləri Komitəsinin yeni təyin olunmuş sədri David Ananian bu gün – mayın 30-da parlamentdə jurnalistlərə deyib ki, dünən “Yerevan City”, “SAS”, “Nor Zovk” supermarketlərinin, eləcə də iri vergiödəyicisi olan 10-12 təşkilatın təmsilçisi ilə görüşüb. Onlara xəbərdarlıq olunub ki, əvvəlki hökumətlə razılaşmalar daha qüvvədə deyil və qanun çərçivəsinə qayıtmalıdırlar.

“Məsələləri nizamlamaqdan ötrü onlara bir neçə gün verdik”, – Ananian deyib.

Komitə sədrinin sözlərinə görə, sözügedən razılaşmalara uyğun olaraq, ticarətlə məşğul olan qurumlar kənd təsərrüfatı məhsullarının satışını öz adlarına deyil, fərdi sahibkarların adlarına qeydiyyatdan keçiriblər, beləliklə də iri vergi ödəyiciləri üçün nəzərdə tutulmuş əlavə dəyər vergisindən yayınıblar, 15% az vergi ödəyiblər.

“Dövriyyənin 20 deyil, 5 faizi qədər vergi ödəyiblər Hər bir hal ayrılıqda nəzərdən keçirilməlidir. Təhlükəsizlik xidməti araşdırmaya başlayınca onlara öz arayışımı təqdim etdim”, – o deyib.

“İNTİQAM ALINMAYACAQ”

Mili təhlükəsizlik xidmətinin direktoru Artur Vanetsyan dünən bəyan edib ki, yaxın günlərdə korrupsiya ilə mübarizə çərçivəsində yeni açıqlamalar veriləcək. 20 gün öncə, yeni vəzifəyə keçən kimi o demişdi ki, Ermənistanda 350 nəfər iri bizneslə məşğul olduğunun, amma vergi ödəmədiyinin fərqində deyil. Həmin şəxslərin pasportları alınıb və biznesləri qeydiyyatdan keçirilib.

Baş nazir Nikol Pashinian isə “Yerevan City”də gedən yoxlamaları Ermənistanda qanuniliyin bərpası adlandırıb. O, AzadlıqRadiosu-nun erməni xidmətinə müsahibəsində “intiqam alınmayacağını” deyib. Onun sözlərinə görə, özbaşınalığa da imkan verilməyəcək.

“İntiqam alınmayacaq, bunu təsdiqləyirəm, amma heç kəs bunu zəiflik əlaməti saymasın. Özbaşınalığa da yol verilməyəcək. Kimsə bizim mövqeyimizi zəiflik kimi yozsa, dağıdıcı əks-zərbə alacaq, buna əmin ola bilərsiniz”, – baş nazir deyib.

O, hamını dövlət qarşısında öhdəliklərini yerinə yetirməyə çağırıb.

Keçmiş prezident Serzh Sarkisian küçə etirazları nəticəsində aprelin 23-də baş nazir postundan getməli olub. Mayın 8-də Nikol Pashinian bu posta seçilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG