Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 18:05

Ermənistana 1 milyard dollar sərmayə qoyulur


Serzh Sarkisian (ortada) Rio Mall-un açılış mərasimində

Ermənistanın enerji sektoruna 1 milyard dollar yaxın sərmayə qoyulacaq. Bunu noyabrın 13-də rusiyalı milyarder Karen Karapetian-ın sahibi olduğu Tashir şirkətlər qrupu, Ermənistanlı İnvestorlar Klubu və beynəlxalq maliyyə qurumları elan edib.

İnvestisiya layihələrinin açılış mərasiminə Ermənistan prezidenti Serzh Sarkisian da qatılıb. Ermənistan Dövlət Mühəndislik Universitetində təlim mərkəzi açılıb. Prezidentin mətbuat xidmətinin məlumatına görə, mərkəzi Tashir qrupuyla Fransanın Schneider Electric şirkəti yaradıb.

Mərkəzdə tələbə və tədqiqatçılar peşəkar bacarıqlarını təkmilləşdirəcəklər, məlumatda belə deyilir.

Tashir xeyriyyə fondu 55 tələbəyə mühəndislik və dizayn institutlarına oxumağa təqaüd də ayıracaq.

Sarkisian Yerevanın meri və digər hökumət rəsmiləriylə birlikdə Tashir Group-un daha bir layihəsinin açılışını edib – Yerevanın Arabkir rayonunda ticarət və əyləncə mərkəzi açılıb. 40 milyon dollarlıq bu layihə çərçivəsində 500 yeni iş yerinin yaradılacağı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG