Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 09:00

Bakıda 'Xəzər Neft və Qaz' sərgisi keçirilir


Prezident İ.Əliyev sərgi ilə tanış olub

Mayın 30-da Bakıda XXV Beynəlxalq «Xəzər Neft və Qaz» sərgi-konfransı öz işinə başlayıb.

AZƏRTAC-ın xəbərinə görə, konfrans iki gün davam etməlidir

Tədbirdə neft və qaz sənayesinin qlobal və iqtisadi perspektivlərini əhatə edən 20-yə qədər mövzunun müzakirəsi nəzərdə tutulur.

Bunlar arasında «Neftin qiyməti və böhran şəraitində mövcud olan imkanlar», «Son 25 ildə Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən neft-qaz əməliyyatları: keçmişi, bu günü və gələcəyi» və başqa mövzular daxildir.

Azərbaycanda «Xəzər Neft və Qaz» konfransı 1994-cü ildən keçirilməyə başlayıb.

Konfransda 49-dan artıq spiker öz məruzələri ilə çıxış edəcək. Bu il konfransda 500-dən çox şirkət rəhbərləri, sənaye nazirliklərinin nümayəndələri, beynəlxalq və yerli ekspertlər var.

«Xəzər Neft və Qaz» konfransı Azərbaycanın Energetika Nazirliyi ilə SOCAR-ın dəstəyi, «Iteca Caspian» və «ITE Group» şirkətlərinin təşkilatçılığı ilə keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG