Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 23:14

Yeni nazir məşğulluq göstəricilərindən razı deyil


Hökümət işsizlik problemini necə həll edir?
Gözlə

No media source currently available

0:00 0:03:07 0:00

Hökümət işsizlik problemini necə həll edir?

Məşğulluq orqanlarının fəaliyyətinin nəticələri, o cümlədən işsiz və işaxtaran kimi qeydə alınmış insanların məşğulluğunun təmin edilməsi göstəriciləri qənaətbəxş deyil.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) məlumatına görə, bu fikirləri nazir Sahil Babayev ifadə edib. O, mayın 25-də nazirlikdə keçirilmiş müşavirədə çıxış edib.

S.Babayev bildirib ki, hər bir məşğulluq orqanının fəaliyyətinin qiymətləndirilməsi mexanizmi olmalıdır.

«Ümumilikdə, dövlət məşğulluq orqanlarının beynəlxalq standartlara cavab verən yeni xidmət modeli formalaşdırılmalıdır», - deyən S.Babayev nazirlikdə müvafiq işçi qrupun yaradıldığını qeyd edib. O vurğulayıb ki, problemlərin çözülməsindən ötrü işçi qrup təkliflər hazırlayaraq bir aya təqdim etməlidir.

Peşə hazırlığının təşkilinə də toxunan nazir bu sahədə işlərin gücləndirilməli olduğunu vurğulayıb.

«İşsiz və işaxtaran şəxslər bir çox hallarda peşə hazırlığı kurslarına cəlb olunmaları üçün uzun müddət gözləməli olurlar . Vətəndaşlarda narazılıq yaradan belə hallar aradan qaldırılmalıdır. Eyni zamanda, işlə təmin edilmək üçün müraciət edən insanlara qayğı və həssaslıqla yanaşılmalıdır», - nazir deyib.

Xatırlatma

Məşğulluq orqanlarının fəaliyyətindən sadə insanlar və ekspertlər səviyyəsində əvvəllər də narazılıq eşidilib. Xüsusilə iş axtaran insanlar məşğulluq orqanlarının fəaliyyətindən narazılıqlarını gizlətmirdilər.

Rəsmilərin iddiasına görə, hazırda Azərbaycanda işsizliyin səviyyəsi 5 faizdir. Ancaq ekspertlər reallıqda işsiz insanların bundan qat-qat çox olduğunu düşünürlər.

S.Babayev ötən ay əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə gətirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG