Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:32

Yekaterinburqun meri birbaşa seçilməyəcək


Yevgeny Roizman
Yevgeny Roizman

Rusiyanın Yekaterinburq şəhərinin hakimiyyəti bu şəhərin merinin birbaşa seçkidə seçilməsinin ləğvini nəzərdə tutan dəyişiklikləri qəbul edib.

Ölkənin dördüncü şəhəri olan Yekaterinburqun şəhər şurası mayın 25-də mer Yevgeny Roizman-ın istefasını da qəbul edib. O, iclasa qatılmayıb.

Roizman mayın 22-də istefa verdiyini açıqlayıb, şəhər şurasının meri xüsusi komissiyasının hazırladığı qısa siyahıdan seçməsini nəzərdə tutan dəyişikliklərə etirazını bildirib.

O, AzadlıqRadiosuna müsahibəsində dəyişiklikləri “Yekaterinburq camaatının birbaşa aldadılması” adlandırıb.

YEGANƏ YOL

“Burası Yekaterinburqdur – adamlar məni anlayacaqlar. Durumdan təmiz çıxmağın yeganə yolu bu idi”, – o deyib.

“Yerli şura addım-addım hər şeydən – səlahiyyətdən, maliyyədən, birbaşa seçkilərdən məhrum olur”, – Roizman bildirib.

Yevgeny Roizman şəhərdə keçirilən etiraz yürüşündə, 2 aprel, 2018-ci il
Yevgeny Roizman şəhərdə keçirilən etiraz yürüşündə, 2 aprel, 2018-ci il

Şəhər xartiyasına dəyişiklikləri ötən Sverdlovsk regionunun parlamenti qəbul edib, sənədi regionun qubernatoru Yevgeny Kuyvashev təqdim etmişdi. Bu addım Roizmanın və şəhər sakinlərinin etirazlarına səbəb olub.

Moskvadan 1500 kilometr şərqdə yerləşən Yekaterinburq Sverdlovskun paytaxtıdır. Gələn ay başlanacaq futbol üzrə Dünya Kubokunun bəzi oyunları burada keçiriləcək.

Tənqidçilərin sözlərinə görə, prezident Vladimir Putin 18 illik hakimiyyəti dövründə Kremlin seçki siyasəti üzərində nəzarətini gücləndirib.

Roizaman Putin-i açıq tənqid edən, müxalifət lideri Aleksei Navalny-ni dəstəkləyən azsaylı yerli rəsmilərdəndir.

Ancaq onun vəzifəsi daha çox protokol xarakterlidir, Yekaterinburda icraedici səlahiyyətin çoxu şəhər administrasiyasının rəhbəri Aleksandr Yakob-a məxsusdur.

Roizman da 18 mart prezident seçkisini boykot etməyə çağırırdı, seçkinin azad və ədalətli olmadığını deyirdi. Həmin seçkidə Putin təkrar seçilsə də, tənqidçilər seçkinin saxtakarlıqla keçdiyini bildirirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG