Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:52

Weinstein seks qalmaqalına görə polisə təslim olacaq


Harvey Weinstein
Harvey Weinstein

Bu gün – mayın 25-də film prodüseri Harvey Weinstein-ın Nyu Yorkda hüquq-mühafizə orqanlarına təslim olacağı gözlənir. Bir neçə ay öncə film industriyasından onlarla qadın onu seksual təcavüzdə ittiham etdi və prodüser Hollivudda bir neçə aparıcı postdan uzaqlaşdırıldı.

“Reuters” agentliyi xəbəri işlə tanış bir şəxsə istinadla yayıb. Ancaq Weinstein-ın sözçüsü Juda Engelmayer və vəkili Benjamin Brafman şərh verməkdən imtina ediblər.

Bir neçə aydır davam istintaq çərçivəsində prodüserə ittihamların irəli sürüldüyü barədə ilk dəfə “New York Daily News” yazmışdı.

“The New York Times” və digər media orqanları da Weinstein-ın təslim olacağının gözləndiyini xəbərləyblər.

Rose McGowan
Rose McGowan

70-dən çox qadın Miramax studio və The Weinstein Co-nun həmtəsisçisini on illər boyunca seksual qısnamada, həmçinin zorlamada ittiham ediblər. Həmin iddialar #MeToo hərəkatının geniş yayılmasına gətirdi, yüzlərlə qadın biznesdə, hökumətdə, əyləncə sektorunda güclü kişiləri oxşar davranışda suçladılar.

BAŞQA İSTİNTAQLAR DA GEDİR

Weinstein azı bir qadın – aktrisa Lucia Evans-ın iddiaları əsasında ittiham olunacaq. O, “New Yorker”ə danışmışdı ki, Weinstein 2004-cü ildə onu oral seksə məcbur edib. Dünən – mayın 24-də Menhetten prokurorlarının irəli sürdüyü ittihamların dəqiqliyi ilə açıqlanmayıb.

Nyu Yorkun Polis Departamenti, dairə prokurorluğu şərh verməkdən imtina edib.

Kann film festivalından foto
Kann film festivalından foto

Bu iddialar ortaya çıxınca əyləncə industriyasının ağırçəkililəri özlərini Weinstein-dan uzaq tutublar. Weinstein Co-nun idarə heyətindən uzaqlaşdırılıb, şirkət özü martda iflas etdiyini bildirib. Prodüser 2017-ci ildə Oscar mükafatlarını verən akademiyadan çıxarılıb.

O vaxtdan Weinstein-ın Arizonada qaldığı, “New York Times”ın yazdığına görə, seks aludəçiliyindən müalicə aldığı bildirilir.

London polisi də prodüserə oxşar iddiaların araşdırıldığını bildirib. Los Ancelesdəki prokurorlar isə ona qarşı üç seksual təcavüz iddiasının nəzərdən keçirdiyini açıqlayıb.

Nyu Yorkda ona qarşı ayrıca cinayət işi açılmışdı.

Aktrisa Ashley Judd ötən ay Weinstein-a qarşı məhkəmə iddiası qaldırıb, onun seksual tələblərini rədd etdiyi üçün 1998-ci ildə “”Üzüklər Kralı” filmində roldan məhrum olunduğunu bildirib. Weinstein bu iddianı danıb.

Prodüseri cinsi təcavüzdə ittiham edənlər içində Rose McGowan, Asia Argento, Uma Thurman və Salma Hayek kimi tanınmışlar olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG