Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 07:47

'İşgəncələrə Qarşı Komitə'nin sədr müavini məhkəmə qarşısında


Bakı Ağır Cinayətlər Məhkəməsi

Azərbaycanda fəaliyyət göstərən «İşgəncələrə Qarşı Komitə»nin keçmiş sədr müavini Rauf Sultanov rüşvət almaqda suçlanaraq, məhkəmə qarşısına çıxarılıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Vaxtilə həm də nümayəndə kimi məhkəmə proseslərinə çıxan R.Sultanovun həbsinə səbəb isə 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovanın ərizəsi olub. Direktor xanım iddia edir ki, R.Sultanov onu şantaj edərək pulunu alıb.

R.Sultanov amerikapress.com saytının rəhbəri kimi cinayət məsuliyyətinə cəlb olunub. Amma o, özünü təqsirli bilmir. Mayın 24-də məhkəmədə deyib ki, beş aydır şər-böhtanla həbsdə saxlanılıb.

Haqqındakı cinayət işinə xitam verilməsini, bu vəsatəti təmin olunmasa belə, ev dustaqlığına buraxılmasını istəyən baş redaktorun heç bir vəsatəti təmin olunmayıb. Bu qərardan sonra o, məhkəməyə başına qara torba keçirib oturmaqla etiraz edib: «Biz xərc çəkib Almaniyada ekspertizadan keçirmişik, prokurorluğa ərizəni o qadının özü yazmayıb. Mənə qarşı böhtandır».

«Qapının ağzında yerə yıxdım, üstünə oturdum ki, qaça bilməsin...»

Məktəb direktoru isə deyir ki, böhtan deyil: «Mənim barəmdə xoşagəlməz yazılar dərc olunurdu. Mənə zəng edib, amerikalı jurnalistlər olduğunu dedilər, 5 min manat istədilər. Sonra görüşdük, 2 min manata qədər düşdülər. 2 minə razılaşandan sonra Rauf məni tez-tez narahat edirdi. Gecə saatlarında mənə zəng edirdi. Ona yalvarırdım ki, bu işdən əl çək, amma əl çəkmirdi...».

N.Məmmədova R.Sultanovun həbsi üçün qurulan əməliyyatdan da danışıb: «Məni evində görüşməyə çağırdı. Korrupsiyanın işçiləri gec gəlirdi, bu səbəbdən evində danışmaqla başını qarışdırdım, ona suallar verməyə başladım. Qapının ağzında yerə yıxdım, üstünə oturdum ki, qaça bilməsin...».

Bu direktorun adı jurnalistlərlə bir neçə dəfə qalmaqallarda hallanıb. Özü də bunu etiraf edib: ​«Bir jurnalist mənə sual verəndə, ona kobud cavab verdim. Həmin jurnalistə dedim ki, «sən bilirsən, kimə zəng etmisən? Başın üstünə ağırlıq edir». Düzdür, həmin ifadələri işlətmək məktəb direktoruna yaraşmazdı, amma məni həmin dövrdə çox sıxırdılar, əsəbi olduğum üçün kobud cavab vermişəm. Buna görə də töhmət almışam».

Anadangəlmə epilepsiya xəstəsi olan R.Sultanov həm də birinci qrup əlildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG