Keçid linkləri

Təcili xəbərlər
2018, 24 İyun, bazar, Bakı vaxtı 12:59

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdəki fəalı Mirfeyzulla Seyidov barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişməyib.

Bu haqda AXCP-dən bildiriblər.

Qərar bu gün, mayın 21-də qəbul edilib.

Məhkəmə AXCP üzvü barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə qərardan verilən şikayətə baxıb. Yayılan məlumata görə, aşağı məhkəmənin qərarı əsaslı sayılıb. Ciddi sağlıq problemləri olduğu bildirilən M.Seyidovun məhkəməyədək həbsdə saxlanılmasına qərar verilib.

AXCP-dən həmçinin, M.Seyidovun müdafiəsindən ötrü hüquqi addımların davam etdiriləcəyi bildirilib.

Həbsdəki cəbhəçi tibb hissəsinə köçürülüb, amma…

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdəki fəalı Mirfeyzulla Seyidovun tibb məntəqəsinə köçürüldüyü bildirilir.

Bu haqda onun vəkili Cavad Cavadov məlumat verib. Vəkilin deməsinə görə, M.Seyidov 1 saylı Bakı İstintaq Təcridxanasının kamerasından tibb hissəsinə köçürülüb. Amma onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir.

Müdafiəçiləri hesab edir ki, M.Seyidovun vəziyyətinin yaxşılaşmasından ötrü onun tibb hissəsinə köçürülməsi yetərli deyil, müxalifətçinin azad olunması lazımdır.

«Onu həftədə üç dəfə dializ proseduruna aparırlar, hər prosedur 4 saat davam edir. Sonra özünə gəlmək üçün daha 4 saat xəstəxanada qalmalı olur. M.Seyidov həm də diabet və hipertoniya xəstəsidir», - müdafiə tərəfi vurğulayıb.

Bir həftə əvvəl vəkili baş prokurora müraciət edərək, həbs-qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib. Vəkilin deməsinə görə, hələlik cavab yoxdur.

Vəkilin bu açıqlamasına Baş Prokurorluq və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Bu gün, mayın 21-də Bakı Apellyasiya Məhkəməsində M.Seyidovun həbsindən verilmiş apellyasiya şikayətinə baxılmalıdır.

Xatırlatma

AXCP fəalı, milli azadlıq hərəkatının iştirakçılarından olmuş M.Seyidov Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama və ya daşıma) maddəsi ilə ittiham olunur.

Bu maddədə 5 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulub. Onun mayın 9-da saxlandığı, məhkəmə qərarı ilə haqqında həbs-qətimkan tədbirinin seçildiyi bildirilir.

Amma AXCP M.Seyidova qarşı ittihamın saxta olduğunu, onun siyasi baxışlarına görə şərlənib həbs olunduğunu bildirir.

Hərçənd, Azərbaycan rəsmiləri ölkədə insanların siyasi əqidələrinə görə həbs edilməsi ilə bağlı deyilənləri düzgün saymırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG