Keçid linkləri

Təcili xəbərlər
2018, 24 İyun, bazar, Bakı vaxtı 19:03

BMT-nin Universal Dövri İcmal üzrə 30-cu sessiyasında Azərbaycanın 3-cü milli hesabatı ilə bağlı tövsiyələri təsdiq etdiyi bildirilir.

«Turan» agentliyinin xəbərinə görə, tövsiyələr dünən, mayın 17-də qəbul olunub.

Tövsiyələrlə bağlı müzakirələr internet üzərindən yayımlanıb.

Müzakirələr zamanı milli hesabatla bağlı Azərbaycana 135 üzv dövlətin sual ünvanladığı bildirilir.

Agentliyin xəbərinə görə, Azərbaycana 259 tövsiyə verilib. Onlar, əsasən, söz azadlığının təminatı, seksual azlıqların hüquqları, seçkilərin, referendumun keçirilməsi, habelə müstəqil və müxalif internet saytların bloklanması ilə bağlıdır.

Xəbərdə bildirilir ki, mayın 17-də keçirilən müzakirələrdə BMT insan hüquqları üzrə ali komissarının idarəsinin hazırladığı hesabat da təqdim olunub. Həmin hesabatda bəzi QHT-lərin Azərbaycanda insan haqlarının durumu ilə bağlı mövqeyi ümumiləşdirilib.

Tərəflərin Azərbaycanın İşgəncələr Əleyhinə Konvensiyanın müddəalarını pozmasını və siyasi motivli həbslərin baş verməsini vurğuladığı bildirilir.

BMT İnsan Hüquqları Şurasının işçi qrupunun iclasında Azərbaycanın rəsmi nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov rəhbərlik edib.

Agentliyin xəbərinə görə, o, çıxışında vəd edib ki, Azərbaycan hakimiyyəti BMT İnsan Hüquqları Şurasının sentyabrda keçiriləcək sessiyasına qədər tövsiyələrə cavabları hazırlayacaq.

Xatırlatma

Universal Dövri İcmal prosesi BMT sistemi daxilində insan hüquqları üzrə beynəlxalq öhdəliklərin yerinə yetirilməsinin monitorinqi sahəsində ən mötəbər təcrübə hesab edilir.

Beş ildən bir keçirilən UDİ baxışı zamanı BMT üzvü olan dövlətin insan hüquqlarının qorunması sahəsində beynəlxalq öhdəliklərini icra etmə vəziyyəti qiymətləndirilir. Başqa dövlətlər məruzəsi dinlənilən dövlətə tövsiyələr də verirlər.

Azərbaycan bundan əvvəl 2013-cü ilin sentyabrında ikinci hesabatını təqdim edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG