Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 09:38

ÜDM-də artım tempi düşüb


Dövlət Statistika Komitəsi

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 22 milyard 969 milyon manat olub.

Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatda bildirilir.

DSK vurğulayır ki, bu, əvvəlki ilin eyni dövrünə nisbətən 1.2 faiz çoxdur.

«Bu dövrdə nəqliyyat, anbar təsərrüfatı sahələrində əlavə dəyər istehsalı 9.5, informasiya, rabitə sahələrində 7.8, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7.3, kənd təsərrüfatı, meşə təsərrüfatı sahəsində isə 3.5 faiz artıb», - DSK bildirir.

Tikinti sahəsində isə ÜDM istehsalı 10.4 faiz azalıb.

Qeyri-neft sektorunda əlavə dəyərin 2.1 faiz artdığı, neft sektorunda isə 0.1 faiz azaldığı bildirilir.

Göstərilən dövrdə əhalinin hər nəfərinə düşən ÜDM 2346 manata bərabər olub.

DSK-nın apreldə açıqladığı məlumatda ÜDM-nin artım tempinin 2.3 faiz olduğu bildirilirdi.

Ötən il ÜDM-nin çox cüzi artdığı açıqlanmışdı. 2016-cı ildə isə ÜDM-nin 3.8 faiz azaldığı bildirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG