Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Kök adamlar siqaret çəkməyə daha çox meyllənirlər


Arxiv fotosu
Arxiv fotosu

Genetik olaraq köklüyə meylli şəxslərin siqaretə qurşanmaq riski daha böyükdür. Onlar həm də orta həddən çox siqaret çəkməyə meyllənirlər. BMT alimləri bu həftə belə bir araşdırma ortaya qoyublar.

Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyindən (IARC) Dr. Paul Brennan tədqiqat zamanı 70-dək genin araşdırıldığını bildirib. Bu agentlik Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) aiddir, xərçəngin səbəbləri, onun önlənməsinə dair araşdırmalar aparır.

Britaniya Tibb Dərgisində dərc olunmuş araşdırmaya görə, bədənin çəki indeksi (BMI), bədənin piyliliyi, hətta bel çevrəsinin “siqaretə qurşanmaq, daha intensiv siqaret çəkmək riskiylə” əlaqəsi var.

SİQARETİ TƏRGİTMƏYƏ KÖMƏK EDƏ BİLƏR

“Köklüyün genetik markerlərinə əsaslanan bu tədqiqat bizə köklüklə siqaret çəkmək vərdişləri arasındakı mürəkkəb əlaqəni daha yaxşı anlamağa kömək edir”, – tədqiqatın müəlliflərindən olan Dr.Brennan deyib.

Arxiv fotosu
Arxiv fotosu

Onun sözlərinə görə, bu əlaqəni daha yaxşı anlamaq adamlara siqaretə tərgitməyə kömək göstərilməsində faydalı ola bilər.

ÜST hər il siqaretdən 7 milyondan çox adamın öldüyünü bildirir.

Bir məsələ də var ki, siqaret çəkənlər çəkməyənlərdən daha arıq olur, bunun da bir səbəbi iştahanın azalmasıdır. Çoxları siqareti tərgidən kimi kökəlməyə başlayır.

“Amma intensiv siqaret çəkənlərin çəkisi daha çoxdur”, – IARC bildirir.

IARC-nin direktoru Christopher Wild-in deməsinə görə, “siqaretin önlənməsi xərçəng və ürək-damar, diabet kimi digər xroniki xəstəliklərin dünyadakı çəkisini azaltmaq üçün vacibdir”.

O, köklüyün xroniki xəstəliklərin önlənməsi mümkün səbəbləri içində öncül yer tutduğunu bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG