Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 21:20

Poroshenko Rusiyaya yeni sanksiyaları təsdiqləyib


İllüstrativ foto

Ukrayna prezidenti Petro Poroshenko Rusiya şirkətləri və qurumlarına sanksiyaların genişləndirməsinə dair qərarın qüvvəyə minməsinə dair fərman imzalayıb.

Mayın 14-də imzalanmış sənəd prezidentin vebsaytında mayın 17-də axşam yerləşdirilib.

Son sanksiya siyahısına salınan şəxslərin, yaxud şirkətlərin adları sənəddə göstərilməyib.

Ukraynanın təhlükəsizlik və müdafiə şurası mayın 2-də Birləşmiş Ştatların sanksiyalarına uyğun məhdudiyyətləri təsdiqləmişdi. ABŞ-ın sanksiyasında Rusiya prezidenti Vladimir Putin-ə yaxın maqnatlar yer alıb.

Kiyev mövcud sanksiyalarını Rusiyanın yüzlərlə şirkətinə və qurumuna aid edib. Bu qadağalar Rusiya 2014-cü ildə Krımı ilhaq edəndən sona qoyulub.

Şura yeni sanksiyaların azı 3 il qüvvədə olacağını, rusiyalı deputatlara və aparıcı rəsmilərə cərimələri də əhatələdiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG