Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 22:57

Prezident YAP binasının açılışında


YAP-ın yeni inzibati binası

Mayın 18-də Bakıda hakim Yeni Azərbaycan Partiyasının (YAP) yeni inzibati binasının açılışı olub.

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan prezidenti, YAP sədri İlham Əliyev açılışda iştirak edib.

Dövlət başçısı yeni inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

Prezident İ.Əliyev Yeni Azərbaycan Partiyasının qurucusu, keçmiş prezident, atası Heydər Əliyevin binanın foyesindəki abidəsinin önünə gül dəstəsi qoyub.

Yeni Azərbaycan Partiyası sədrinin müavini–icra katibi Əli Əhmədov binada yaradılan şərait barədə dövlət başçısına məlumat verib.

Xatırlatma

YAP 1992-ci ildə yaradılıb. Bundan bir il sonra bu partiyanın sədri Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəlib. 2003-cü ildə prezident seçkilərini qalib başa vuran İ.Əliyev isə həm dövlət başçısı postunda, həm də bu partiyada atasının yerini tutub.

Hazırda YAP-ın 700-mindən çox üzvünün olduğu bildirilir. Ancaq onların opponentlərinin bildirməsinə görə, büdcə təşkilatlarında çalışan insanlar kütləvi şəkildə YAP üzvlüyünə cəlb edilirlər. Hərçənd, partiya rəhbərliyi də deyir ki, insanlar könüllülü olaraq YAP-a üzv olurlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG