Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyun, Cümə, Bakı vaxtı 16:48

Navalny LIVE onlayn televiziya kanalının aparıcısı saxlanıb


(soldan sağa) Aleksei Navalny, Ivan Zhdanov, Yelena Malakhovskaya və prezidentliyə keçmiş namizəd Ksenia Sobchak Navalny Live kanalında yayımda

Moskvada polis müxalif siyasətçi Aleksei Navalny-yə məxsus Navalny LIVE onlayn televiziya kanalının aparıcısını saxlayıb.

Yelena Malakhovskaya Twitter-də yazıb ki, polis onu mayın 17-də yaşadığı binanın yaxınlığında saxlayıb.

Navalny-nin Antikorrupsiya Fondunun vəkili Ivan Zhdanov-un deməsinə görə, Malakhovskaya adamları mayın 5-də prezident Vladimir Putin-ə qarşı qanunsuz etiraz aksiyasına çağırmaqda təqsirləndirilir.

Malakhovskaya 5 may aksiyasını canlı yayımlayıb. Həmin etirazlarda Navalny daxil olmaqla 1600 nəfər saxlanmışdı.

İki gün sonra isə Putin-in dördüncü prezidentlik müddətinə andiçmə mərasimi keçirildi.

Günün bütün mövzuları

XS
SM
MD
LG