Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 21:13

Karlar Cəmiyyətinin həbsdəki sədr müavini Musa Tukanovun məhkəmə prosesi yekunlaşır. Bu gün, mayın 16-da keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.

Proses haqda onun oğlu Akif Tukanov bildirib.

Rüşvət almada və vəzifə səlahiyyətlərini aşmada günahlandırılan M.Tukanovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrlik etdiyi məhkəmə kollegiyası baxır.

A.Tukanovun bildirdiyinə görə, mayın 16-da keçirilən iclasda dövlət ittihamçısı irəli sürülən ittihamların məhkəmə istintaqı zamanı təsdiqini tapdığını bildirərək, M.Tukanovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin hökmünün mayın 23-də elan ediləcəyi gözlənir.

Xatırlatma

M.Tukanov Karlar Cəmiyyətinin sədr müavini, Azərbaycan Vahid Kommunist Partiyasının (AVKP) parçalanmadan sonra tərəflərindən birinin rəhbəridir. O, ötən ilin oktyabrında saxlanıb. Binəqədi Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunan M.Tukanov barəsində həbs-qətimkan tədbiri seçib.

Müdafiə tərəfi ittihamla razılaşmır.

Azərbaycan Vahid Kommunist Partiyası 1993-cü ildə Səyyad Səyyadovun rəhbərliyi ilə təsis edilib. Sonradan partiya iki yerə parçalanıb. Onlardan birinə M.Tukanov rəhbərlik edib. Ancaq bu partiyanın dövlət qeydiyyatı olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG