Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 08:21

Səməd Seyidova sanksiya qoyuldu


Səməd Seyidov

AŞPA-nn Prosedur Qaydalar Komitəsi korrupsiya hesabatında ad çəkilən dörd üzvünə sanksiyalar tətbiq edib, onların bəzi hüquqlarını alıb. Bu haqda komitə rəsmi məlumat yayıb.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da həmin siyahıdadır.

***Buna da bax: Azərbaycan rüşvət ittihamlarından niyə nəticə çıxarmır?

Komitə bildirir ki, AŞPA-da korrupsiya iddialarını araşdıran Müstəqil Təhqiqat Qurumunun hesabatında adı çəkilən dörd üzvü Davranış Kodeksini “ciddi pozub”. Həmin dörd deputatın AŞPA-dakı bir sıra hüquqlarının müvəqqəti məhrum edilməsinə qərar verilib. Onlar məruzəçi təyin oluna, bir sıra vəzifələrə namizədliklərini verə, seçkiləri müşahidə edə bilməzlər.

Bu sanksiyalar İspaniyadan deputat Pedro Agramunt-a 10 il müddətinə, Rumıniyadan Cezar Florin Preda, İspaniyadan Jordi Xuclà-ya və Azərbaycandan Səməd Seydidova iki illiyə tətbiq edilir.

Həmin deputat şəxslər AŞPA-da çıxış etmək hüququnu saxlayır, ancaq sanksiya müddətində seçki müşahidəçisi, yaxud məruzəçi, eləcə dəistənilən komitə və ya alt-komitənin sədri, yaxud sədr müavini, AŞPA-nın prezidenti ola bilməzlər.

Onlar Assambleyanın, yaxud komitələrini üçüncü tərəfin hər hansı tədbirində təmsil edə, Avropa Şurasının icraedici orqanı olan Nazirlər Komitəsinə suallar ünvanlaya bilməyəcəklər.

***Buna da bax: AŞPA-nın ‘korrupsiyaya bulaşmış’ deputatları ‘cəzalandırılsın’

Komitə bildirir ki, bu, Qaydalar Komitəsinin ayrı-ayrı üzvlərinin davranışına dair ikinci dinləmədir. Birinci dinləmə aprelin 25-də keçirilib.

Sözügedən təhqiqatda AŞPA-nın keçmiş prezidenti Pedro Agramunt da daxil olmaqla bəzi deputatlar Azərbaycandan pul, zinət əşyaları, fahişələr, bahalı otellərdə qalmağı qəbul etməkdə suçlanırlar.

Daha öncə Azərbaycan tərəf bu hesabatın heç bir fakta söykənmədiyini iddia etmişdi. Hakimiyyət təmsilçiləri ümumilikdə korurpsiyayla bağlı iddiaların şantaj xarakterli olduğunu bildirib.

AzadlıqRadiosu Səməd Seyidovdan açıqlama almağa çalışır.

Saytımızı izləyin.

Günün bütün mövzuları

XS
SM
MD
LG