Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:25

Şimali Koreya Seulla danışıqları dayandırır


Təlimlər, arxiv fotosu
Təlimlər, arxiv fotosu

Şimali Koreya Seulla mayın 16-na planlaşdırılan yüksək səviyyəli danışıqları təxirə salıb və dövlət mediası buna səbəb kimi hərbi təlimləri göstərib.

Rəsmi KCNA xəbər agentliyi ABŞ-Cənubi Koreya təlimlərini “Koreya yarımadasında müsbət siyasi hadisələrə zidd provokasiya” adlandırıb.

Agentlik Şimali Koreya lideri Kim Jong Un-la ABŞ prezidenti Donald Trump-ın iyunun 12-nə planlaşdırılan sammitini də şübhə altına alıb.

“Birləşmiş Ştatlar planlaşdırılan sammitin taleyi ilə bağlı ehtiyatlı davranmalıdır”, – Cənubi Koreyanın Yonhap xəbər agentliyi KCNA-ya istinadla yazır.

Kim Jong Un (solda) və Donald Trump
Kim Jong Un (solda) və Donald Trump

Bir neçə saat sonra Şimali Koreyanın xarici işlər nazirinin müavini Kim Kye Gwan deyib ki, “bizim nüvə silahından əl çəkməyimizi istəyən birtərəfli tələbin irəli sürüldüyü danışıqda daha maraqlı deyilik”.

ABŞ Dövlət Departamenti isə intizarla gözlənən sammitə hazırlıqları davam etdirdiyini, Pxenyanın mövqeyində dəyişikliklə bağlı “bildiriş almadığını” vurğulayıb.

Mayın 11-də ikihəftəlik “Max Thunder” təlimləri başlayıb. Təlimlərə B-52 bombardmançıları və F-15K qırıcıları daxil olmaqla 100-dək hərbi təyyarə qatılıb.

Birləşmiş Ştatlar və Cənubi Koreya təlimlərin ancaq müdafiə məqsədli olduğunu deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG