Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyun, çərşənbə, Bakı vaxtı 13:52

İctimai Televiziyaya yeni sədr seçiləcək


İctimai Televiziya və Radio Yayımları Şirkəti

Milli Televiziya və Radio Şurası İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçki məqsədilə müsabiqə elan edir.

Bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) bu gün, mayın 14-də yaydığı məlumatda bildirilir.

Məlumatda müsabiqədə iştiraka dair tələblər də çatdırılır.

Bu tələbə görə, namizəd Azərbaycan vətəndaşı və alitəhsilli olmalıdır. «Əvvəllər ağır və ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, habelə məhkumluğu ödənilməmiş, fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər müsabiqədə iştirak edə bilməzlər», - məlumatda qeyd edilir

Ötən həftə Cəmil Quliyevin İTV-nin baş direktoru vəzifəsində səlahiyyətlərinə xitam verilib.

Həmin vəzifənin müvəqqəti Balakişi Qasımova tapşırıldığı açıqlanıb.

C.Quliyevin səlahiyyətlərinə səhhəti və gələcək yaradıcılıq planları ilə əlaqədar xitam verildiyi bildirilirdi.

O, 2013-cü ilin aprelindən İTV-yə rəhbərlik edirdi.

Xatırlatma

Azərbaycanda İctimai Televiziya Avropa Şurasına üzv olarkən götürülən öhdəliklərə uyğun olaraq, 2005-ci ilin avqustunda yaradılıb.

Ancaq Azərbaycan müxalifəti hesab edir ki, bu televiziya, bir qayda olaraq, hakimiyyətin təbliğatı ilə məşğuldur. Hərçənd, İTV rəhbərliyi zaman-zaman səslənən bu tənqidləri qəbul etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG