Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 21:17

Bakıda yeni liman kompleksinin açılışı olub


Yeni liman

Bu gün, mayın 14-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılış mərasimi olub.

AZƏRTAC-ın xəbərinə görə, prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına kompleks barədə məlumat verib

Prezident İ.Əliyev kompleksi işə salıb və limanın ərazisini gəzib.

Dövlət başçısı kollektivin üzvləri və inşaatçılar ilə görüşüb.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin inşasına 2010-cu ildən başlandığı bildirilir. Bununla bağlı prezident İ.Əliyev hələ 2007-ci ildə sərəncam vermişdi.

Yeni liman haqda prezidentə məlumat verilib

«Liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir».

Bu barədə bu gün, mayın 14-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılış mərasimində deyilib.

«Limanın yükaşırma imkanı illik 15 milyon ton, o cümlədən 100 min konteyner təşkil edir. Körpülərin ümumi uzunluğu 2100 metrə yaxındır. Müasir dövrün ən son mühəndislik yeniliklərindən olan dəmir-beton konstruksiyalı istinad divarının uzunluğu isə 1777 metr təşkil edir. Limanda Ro-Ro tipli gəmilər üçün iki körpü, yeddi körpüdən ibarət universal quru yük və konteyner terminalı var. Habelə, orada iki bərə körpüsü, xidməti donanma gəmiləri üçün bir körpü inşa edilib. İkinci Ro-Ro körpüsü və bərə körpüləri hidravlik sistemli asqılı pandusla təchiz edilib. Bu da suyun səviyyəsinin müəyyən hədlərdə enib-qalxmasından asılı olmayaraq, gəmilərin körpüyə təhlükəsiz yan almasını təmin edir», - məlumatda bildirilib.

Həmçinin vurğulanıb ki, limanda xidməti donanma gəmilərindən ötrü körpünün uzunluğu 155 metr təşkil edir. Bura eyni zamanda 11 gəmi yan ala bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG