Keçid linkləri

Təcili xəbərlər
2018, 24 İyun, bazar, Bakı vaxtı 12:57

Xarici işlər naziri Elmar Məmmədyarov mayın 13-də Belçikaya işgüzar səfər edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumatda bildirilir ki, səfər Yaxın Şərqdə etnik və dini zorakılığın qurbanları mövzusunda keçiriləcək konfransda iştirak etmək məqsədi daşıyır.

“Xarici işlər naziri Elmar Məmmədyarov mayın 14-də Yaxın Şərqdə etnik və dini zorakılığın qurbanları mövzusunda keçiriləcək 3-cü beynəlxalq nazirlər konfransında iştirak etmək məqsədilə Brüsselə yola düşüb”, məlumatda vurğulanır.

Səfər çərçivəsində Elmar Məmmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG