Keçid linkləri

Təcili xəbərlər
2018, 24 İyun, bazar, Bakı vaxtı 16:39

Londonun meri nəqliyyatda “fast-fud” reklamının yasaqlanmasını istəyir


Sadiq Khan

Londonun meri Sadiq Khan cümə günü təklif edib ki, şəhər nəqliyyatında yağlı, duzlu, şirin ərzaq reklamı yığışdırılsın. Məqsəd uşaqlar arasında köklük probleminin həllinə yardımdır.

Mer həmçinin məktəblərin 400 metrliyində isti qəlyanaltıların qadağan olunmasını təklif edib. “Londonda uşaq köklüyü qurulmuş bir bombadır və hərəkətə keçmək qərarına gəlmişəm”, – Khan deyib.

Rəsmi məlumata görə, Londonda 10-11 yaşlı uşaqların 40 faizi artıq çəkidən əziyyət çəkir.

Tanınmış aşpaz Jamie Oliver planı “irəliyə doğru nəhəng və cəsarətli addım” adlandırıb.

Reklam Assosiasiyasının bildirməsinə görə, Britaniyada izləyicilərinin 25 faizindən çoxu uşaqlar olan mediada tərkibində aşırı yağ, şəkər və duz olan ərzaq və içkilər qadağan olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG