Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 22:57

İran İsrailin hücumundan sonra Suriyanı müdafiə edir


İsrailin Suriya ilə sərhədi, 10 may, 2018-ci il

İran Suriya daxilindəki İran hədəflərinə İsrailin raket zərbələri endirməsini kəskin şəkildə pisləyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bahram Ghasemi mayın 11-də deyib ki, Suriyanın özünü İsrailin təcavüzündən qorumaq haqqı var.

İsrail mayın 10-da Suriyadakı İran hərbi infrastrukturunun, demək olar, hamısına hücum etdiyini bildirib. Bundan öncə isə İran qüvvələrinin İsrailin nəzarətində olan əraziyə ilk dəfə raket atdığı açıqlanıb.

Bu qarşıdurmadan iki gün öncə isə ABŞ prezidenti Donald Trump Birləşmiş Ştatların İranla 2015-ci il nüvə sazişindən çıxdığını açıqlayıb.

İran İsrailin Suriyaya hücumunu qətiyyətlə pisləyir. Beynəlxalq ictimaiyyətin susqunluğu İsrailin təcavüzünü həvəsləndirir. Suriyanın özünü müdafiə etməyə haqqı var”, – İranın rəsmi mediası Ghasemi-yə istinadla yazır.

Bu iki qonşu arasında gərginliyin qızışması beynəlxalq miqyasda narahatlıq yaradıb.

BMT-nin baş katibi Antonio Guterres Yaxın Şərqdə “yeni qarşıdurmadan qaçmaqda ötrü bütün düşmən hərəkətləri” dərhal dayandırmağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG