Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 22:13

Azərbaycanın AÇG və 'Şahdəniz' üzrə gəlirləri açıqlandı


Azərbaycan Dövlət Neft Fondu

Azərbaycan Dövlət Neft Fondu (NF) «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokundan və «Şahdəniz» yatağından daxil olan vəsaitlərin məbləğini açıqlayıb.

Bu haqda Fondun mayın 10-da yaydığı məlumatda bildirilir.

Məlumatda vurğulanır ki, 2001-ci ildən bu il mayın 1-nə kimi Neft Fonduna «Azəri-Çıraq-Günəşli» və «Şahdəniz»dən ümumilikdə 133.815 mlrd. dollar daxil olub.

Mayın 1-dək AÇG yatağı üzrə mənfəət neftinin satışından 131.309 mlrd. dollar gəlir əldə olunub. Bu məbləğin 2.823 mlrd. dollarının bu ilin payına düşdüyü bildirilir.

«Şahdəniz» yatağı üzrə mənfəət qazının satışından isə Fonda 2.506 mlrd. dollar daxil olub.

AÇG Bakıdan şərqdə, təxminən 100 km məsafədə yerləşən yataqlar blokudur. O, Xəzər dənizində istismarda olan ən böyük neft yataqlarıdır və 432 kvadrat kilometrdən çox ərazini əhatə edir. Bu yataqlar 120-170 m arasında olan su dərinliklərində yerləşir. Məhsuldar layın dərinliyi 2000-3500 metr təşkil edir.

Layihə iştirakçıları BP (35.78 faiz), «Chevron» (11.27 faiz), «ExxonMobil» (8 faiz), ONGC (2.72 faiz), SOCAR (11.65 faiz) şirkətləri olub.

Yataqlarda, habelə «Inpex Corp», «ITOCHU Oil», «Statoil» və TPAO şirkətləri də yer alıb.

Sonra bəzi dəyişikliklərlə saziş 2050-ci ilə kimi uzadılıb.

Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdə olub: BP – 30.37, AzACG (SOCAR) - 25, «Chevron» - 9.57, «Inpex» - 9.31, «Statoil» - 7.27, «ExxonMobil» - 6.79, TPAO – 5.73, «Itochu» - 3.65 və «ONGC Videsh Limited (OVL)» - 2.31 faiz.

«Şahdəniz» (ŞD) yatağı 1999-cu ildə kəşf edilib. Bu yataq dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. O, Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir.

«Şahdəniz» yatağını özünün Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) tərəfdaşları adından BP şirkəti işlədir.

Xatırlatma

Neft Fondu 2001-ci ildə fəaliyyətə başlayıb.

Aprelin 1-nə olan məlumata görə, ARDNF-nin aktivləri 37 milyard 631.7 milyon dollar təşkil edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG