Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 22:53

Daha bir cəbhəçinin saxlandığı bildirilir


Mirfeyzulla Seyidov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha bir üzvü Mirfeyzulla Seyidovun saxlandığı bildirilir.

Bu barədə AXCP-dən məlumat yayıblar.

Partiyadan bildirilib ki, M.Seyidov mayın 9-u günortadan yoxa çıxıb, yalnız mayın 10-da ailəsi ondan xəbər tuta bilib.

«Bu gün Nərimanov Rayon Polis İdarəsindən onun ailəsinə zəng edib Mirfeyzulla Seyidovun orda saxlandığını deyiblər. Saxlanmanın səbəbi haqqında məlumat verilməyib. Sadəcə ailəsinə deyilib ki, tez bir zamanda ona lazım olan dərmanları çatdırsınlar», - məlumatda qeyd edilir.

Məlumatı Nərimanov Rayon Polis İdarəsindən dəqiqləşdirmək mümkün olmayıb.

Xalq hərəkatının və AXCP-nin fəallarından olan M.Seyidov uzun zamandır dializ (böyrək) xəstəsidir.

Mayın 6-da isə AXCP fəalı Orxan Baxışlının saxlandığı bildirilir. Partiyadan verilən məlumata görə, qanunsuz olaraq narkotik vasitələr hazırlama, istehsal etmə və ya satmada ittiham edilən gənc istintaq dövründə 4 ay həbs edilib.

Ancaq bu məlumatı da məhkəmə orqanlarından dəqiqləşdirmək mümkün olmayıb.

Partiya onun şərləndiyini bəyan edib.

Hazırda AXCP-nin 10-dan çox üzvü isə uzunmüddətli həbsdədir. Hüquq müdafiə təşkilatları onları siyasi məhbus sayırlar.

Hakimiyyət rəsmilərim isə ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG