Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 15:52

Rusiyada məktəbdə insident - ölən, yaralılar var


Barabinskdə insident baş vermiş məktəb

Sibirdə təmayül məktəbində bir şagird sinif yoldaşına atəş açaraq yaralayıb, özünü isə öldürüb. Məlumatı region rəsmiləri mayın 10-da yayıb.

İstintaq Komitəsinin bəyanatında deyilir ki, 17 yaşlı şagird Barabinskdəki məktəbdə sinif yoldaşına atəş açıb. Çiynindən yaralanan həmin şagird xəstəxanaya aparılıb.

Daha iki şagird hadisə yerindən qaçmaq üçün pəncərədən tullanıb, qıçlarından xəsarət alıblar. Regional Səhiyyə Nazirliyi onların da xəstəxanaya aparıldığını bildirir.

Son aylar Rusiya məktəblərində bir neçə oxşar hadisə baş verib. Yanvarda Perm şəhərində bıçaq hücumundan 15 şagird yaralanmışdı. Sibirin Ulan-Ude şəhərində isə bir yeniyetmə yeddi sinif yoldaşını baltayla yaralamış, sonra sinifə Molotov kokteyli ilə od vurmuşdu. Martda isə Kurqan regionunda 13 yaşlı qız məktəbdə qaz tapançasından atəş açmış, şagirdləri yaralamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG