Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyun, Cümə, Bakı vaxtı 22:44

Qazaxıstanda siyasi məhbuslara azadlıq tələb edənlər saxlanıb


Polis etirazçı Maya Lukyanova-nı saxlayır

Mayın 10-da Qazaxıstanda siyasi məhbuslara azadlıq edən onlarla adam saxlanıb.

Paytaxt Astanada nümayişlər xarici səfirliklərin yerləşdiyi rayonda keçirilib, “Siyasi məhbuslara azadlıq!”, “Hökumətə ar olsun!” şüarları səsləndirilib.

Almatıda etirazçılarsa siyasi məhbusların portretlərini, “İşgəncəni dayandırın!”, “Siyasi motivli həbslərə son!” yazılmış plakatlar qaldırıblar.

Ancaq hər iki şəhərdə polis dərhal hərəkətə keçərək xeyli sayda etirazçını saxlayıb.

Astana polisi AzadlıqRadiosu-na saxlananların sayının daha sonra açıqlanacağını bildirib. Almatı polisi şərh verməyib.

Mayın 9-da Qazaxıstandakı hüquq müdafiəçiləri planlaşdırılan yürüşlərlə əlaqədar polisə çağrıldıqlarını deyirdilər.

Yürüşlərin təşkilatçısı qadağan olunmuş Qazaxıstanın demokratik Seçimi (DVK) hərəkatıdır. DVK-ni prezident Nursultan Nazarbaev-in tənqidçisi, xaricdə yaşayan Mukhtar Ablyazov yaradıb. Astana məhkəməsi təşkilatı ekstremist sayaraq qadağan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG