Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 05:06

Bakıda havadan niyə kəskin iy gəlir? - Nazirlikdən açıqlama


Foto illüstrasiya

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri Neft Emalı Zavodunun və «Ekol Mühəndislik Xidməti» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Bakının havasını çirkləndirdiyini açıqlayıb.

Bu haqda nazirliyin bu gün, mayın 9-da yaydığı məlumatında bildirilir.

Nazirlik vurğulayır ki, mayın 4-dən 8-dək Bakının Xətai, Nizami, Səbail rayonlarında kəskin iy-qoxu müşahidə olunub. Qurumun ekspertləri bununla əlaqədar olaraq, monitorinq keçirib.

Açıqlamaya görə, havada karbohidrogen mənşəli qaz qarışıqları və hidrogen-sulfidin miqdarının müəyyən günlərdə normadan dəfələrlə artıq olduğu müəyyən edilib.

«Havadan gələn kəskin iy-qoxunun əsas mənbəyinin sözügedən zavod və «Ekol Mühəndislik Xidməti» QSC-nin neftli suların təmizlənməsi qurğusunun olduğu müəyyən edilib. Texnoloji prosesin pozulması və çirkab sularının təmizlənməsi normalarına riayət olunmadığına görə sözügedən müəssisələrə rəsmi xəbərdarlıq olunub. Hazırda qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülür və cərimə olunmaları üçün sənədləşmə işləri aparılır», - məlumatda vurğulanır.

Nazirliyin bu açıqlamasına Neft Emalı Zavodunun və «Ekol Mühəndislik Xidməti» QSC-nin münasibətini almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG